logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Niderlandın Kraliçası Ülyahəzrət Beatriksə

Text size icon-size icon-size

29 aprel 2013, 18:50

Ülyahəzrət,

Ölkənizin milli bayramı - Kraliça günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Azərbaycan-Niderland münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Əminəm ki, ölkələrimiz arasında münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edərək xalqlarımızın rifahına xidmət edəcəkdir.

Bu tarixi gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Niderland xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 19 aprel 2013-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi