Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə
Text size
26 aprel 2013, 17:50
Hörmətli Vladimir Vladimiroviç,
Moskva ətrafında psixonevroloji klinikada yanğın nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirmişdir.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 26 aprel 2013-cü il.