logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev İranın birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə müavinini qəbul etmişdir

Text size icon-size icon-size

28 sentyabr 2010, 16:34

Prezident İlham Əliyev İran İslam Respublikasının birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə müavini Əli Ağaməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə İran arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi vurğulandı və ölkələrimizin birgə əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi