Nəriman Qafarov və başqalarından, Masallı, Azərbaycan
Text size


13 aprel 2013, 12:05
Hörmətli cənab Prezident,
Böyük Britaniyanın nüfuzlu «The Business Year» jurnalının Sizi dünyada “İlin adamı” elan etməsi xəbəri Masallı rayon ağsaqqallarını da ürəkdən sevindirmişdir. Siz bundan da yüksək mükafatlara layiqsiniz. Ölkəmizin hər bir vətəndaşına göstərdiyiniz diqqət və qayğıya görə Sizə ürəkdən minnətdarıq. Əminik ki, rəhbərliyiniz altında ölkəmiz bundan sonra daha da böyük uğurlar əldə edəcəkdir.
Sizdən səmimi təbriklərimizi və xoş arzularımızı qəbul etməyi rica edirik.
Hörmətlə,
Nəriman Qafarov
Cavanşir Əsədov
Oğlan Cəbiyev
Maşallah Kərimov.
Azərbaycan Respublikası, Masallı rayonu.