logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Səltənət Rzayevadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

11 aprel 2013, 12:40

Hörmətli cənab Prezident!

Sizin rəhbərliyinizlə ölkəmiz gündən-günə gözəlləşir, çiçəklənir. Paytaxtımızda quruculuq-abadlıq işləri böyük sürətlə aparılır, yeni parklar salınır, küçələr abadlaşdırılır, köhnə evlər sökülərək yerində yaraşıqlı və müasir binalar tikilir. Sizin tapşırığınıza əsasən şəhərimizin mərkəzində yeraltı dayanacaq və üstündə müasir parkın tikilməsinə başlanılmışdır. Bununla əlaqədar plana düşən evlərin siyahısında mənim evim də idi. Bunun müqabilində mənə verilən kompensasiyadan çox razı qaldım. Mənə verilən pula şəhərin mərkəzində üçotaqlı ev almışam və hazırkı mənzilimdən və şəraitimdən çox razıyam. Buna görə ilk növbədə Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Ulu Tanrıdan Sizə uzun ömür və cansağlığı arzulayıram.

Hörmətlə,

Rzayeva Səltənət Əlirza qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu,

Dilarə Əliyeva küçəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi