logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Braziliyanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

Text size icon-size icon-size

10 aprel 2013, 14:00

Prezident İlham Əliyev Braziliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sergio de Souza Fontes Arrudanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Görüşdə tərəfdaşlıq xarakteri daşıyan Azərbaycan-Braziliya ikitərəfli əlaqələrinin son illər uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğu bildirildi, bu münasibətləri iqtisadi sahədə də genişləndirməyin önəmi qeyd olundu.

Həmçinin görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı, əlaqələrimizin gələcək illərdə daha da genişlənəcəyinə əminlik ifadə edildi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi