İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankı idarə heyətinin üzvlərini qəbul etmişdir
Text size
09 aprel 2013, 13:30
Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankı idarə heyətinin üzvlərini qəbul etmişdir.
Görüşdə idarə heyətinin üzvlərinin ölkəmizə səfərinin Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında strategiyanın hazırlanması baxımından önəmi vurğulandı.
Həmçinin görüşdə Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən yol-nəqliyyat infrastrukturu, sosial layihələr, informasiya-kommunikasiya texnologiyaları, turizm, təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.