İlham Əliyev Albaniyanın Baş nazirini qəbul etmişdir
Text size
08 aprel 2013, 15:40
Prezident İlham Əliyev Albaniya Respublikasının Baş naziri Sali Berişanı qəbul etmişdir.
Görüşdə Dünya İqtisadi Forumunun Bakıda keçirilməsinin əhəmiyyəti vurğulandı, tədbirin iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı qeyd olundu.
Görüşdə, həmçinin Azərbaycan ilə Albaniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə inkişafının perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.