Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


27 mart 2013, 18:35
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə, xidməti vəzifələrinin icrası zamanı peşəkarlıq göstərdiklərinə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə:
Ələsgərov Vəli Məmiş oğlu - general-mayor
Məmmədov Tarverdi Məmməd oğlu - polkovnik
Mirvətova Natəvan Mürsəl qızı - general-mayor
“Vətən uğrunda” medalı ilə:
Cəfərov İsrafil Məmməd oğlu - kapitan
Əliyev Ruzi Əli oğlu - polkovnik-leytenant
Qəhrəmanov Elmar Elman oğlu - kapitan
Manafov Aydın Manaf oğlu - polkovnik
Rzayev Elçin Daxil oğlu - baş leytenant
Yusifov Bəhman Nəriman oğlu - polkovnik-leytenant
“İgidliyə görə” medalı ilə:
Əliyev Ramin İmran oğlu - mayor
Əliyev Vüqar Surxay oğlu - ədliyyə polkovnik-
leytenantı
Orucəliyev Elnur Akif oğlu - mayor
Pənahov İsgəndər Ağasəf oğlu - mayor
Verdiyev Kəyan Məhərrəm oğlu - kapitan
“Hərbi xidmətlərə görə” medalı ilə:
İsmayılov Zaur Ramiz oğlu - mayor
Mustafabəyova Rənaxanım Ənvər qızı - mayor
Salahov Fərman Çingiz oğlu - mayor
Seyidov Rəşad Mirfəddin oğlu - mayor
Vəliyev Pərviz Şamir oğlu - polkovnik
Yusifov Azad Qəzənfər oğlu - kiçik leytenant
Zeynalov Oqtay Əbdül oğlu - polkovnik.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 mart 2013-cü il.