Tunis Respublikasının Prezidenti Zati-aliləri cənab Monsef Mərzukiyə
Text size


19 mart 2013, 18:15
Hörmətli cənab Prezident,
Tunis Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Tunis münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edərək xalqlarımızın rifahına xidmət edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tunis xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 mart 2013-cü il.