İrlandiyanın Prezidenti Zati-aliləri cənab Maykl Higginsə
Text size


16 mart 2013, 16:30
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müqəddəs Patrik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə İrlandiya arasındakı dostluq və əməkdaşlıq münasibətləri daha da inkişaf edərək xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına daim sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 13 mart 2013-cü il.