Pirallahı rayonunun ərazisində Pirallahı bələdiyyəsinin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Text size
15 mart 2013, 21:00
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır:
Pirallahı rayonunun Pirallahı qəsəbəsi Gürgən-Pirallahı bələdiyyəsinin əhatə etdiyi ərazi vahidləri tərkibindən ayrılaraq həmin qəsəbəni əhatə edən Pirallahı bələdiyyəsi yaradılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2013-cü il.