Ruslan Sultandan, Bakı, Azərbaycan
Text size
16 noyabr 2026, 16:00
Cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Azərbaycan radiosunun yaranmasının 100 illiyi, televiziya və radio işçilərinin peşə bayramı münasibətilə təltif edilənlər arasında mənim də adımın olmasından çox sevindim. Məni “Tərəqqi” medalı ilə təltif etdiyiniz üçün Sizə minnətdaram.
Sizin media işçilərinə göstərdiyiniz xüsusi diqqət və qayğı hər zaman razılıqla və məmnunluqla qarşılanıb.
Mənə göstərilən etimadı bundan sonra da fəaliyyət göstərdiyim sahədə doğruldacağam.
Sizə cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirəm.
Hörmətlə,
Ruslan Sultan,
Azərbaycan Respublikası, Bakı şəhəri.