logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Zeynalovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

16 noyabr 2026, 15:15

Hörmətli cənab Prezident!

Azərbaycan radiosunun 100 illik yubileyi və teleradio işçilərinin peşə bayramı münasibətilə məni "Tərəqqi" medalı ilə təltif etməyiniz 60 illik yubileyimə və 35 ilə yaxın teleradio fəaliyyətimə verdiyiniz qiymət olmaqla yanaşı, həm də ölkəmizdə medianın , xüsusən teleradionun inkişafına göstərdiyiniz yüksək diqqət və qayğının nümunəsidir.

Bu yüksək mükafat məni daha böyük şövq və həvəslə işləməyə, dünyada öz sözü və nüfuzu olan qalib Azərbaycan dövlətinin möhtəşəm uğurlarını daha böyük enerji ilə təbliğ etməyə sövq edir.

Hörmətli cənab Prezident I Müzəffər Ali Bas Komandan!

Əmin ola bilərsiniz ki, mən bir media işçisi, bir televiziya əməkdaşı olaraq Sizin rəhbərliyiniz altında müstəqil Azərbaycan dövlətinin qazandığı uğurları, əldə olunan nailiyyətləri bundan sonrakı fəaliyyətimdə də yüksək peşəkarlıqla təbliğ edəcək, Sizin böyük etimadınızı əməli işimlə doğruldacağam.

Var olun, cənab Prezident! Allah Sizi qorusun!

Hörmətlə,

İlham Zeynalov,

Azərbaycan Televiziyasının əməkdaşı,

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi