Marina İsmayılovadan, Bakı, Azərbaycan
13 noyabr 2026, 19:15
Hörmətli cənab Prezident!
Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə imzaladığınız Sərəncamla məni "Tərəqqi" medalı ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Əməyimin dövlət səviyyəsində qiymətləndirilməsi mənim üçün böyük şərəf, sevinc və eyni zamanda məsuliyyətdir.
Bu yüksək mükafat mənə öz peşəmə daha böyük həvəslə yanaşmaq, çalışdığım sahəyə bundan sonra da töhfə vermək üçün əlavə stimul verir.
Göstərdiyiniz diqqətə və əməyimə verdiyiniz yüksək qiymətə görə Sizə bir daha təşəkkür edir, ölkəmizin inkişafı və rifahı naminə həyata keçirdiyiniz fəaliyyətinizdə uğurlar arzulayıram.
Dərin hörmət və ehtiramla,
Marina İsmayılova,
ARB Televiziyasının rejissor montajçısı,
Azərbaycan Respublikası, Bakı şəhəri.