logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Çimnaz Hüseynovadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

13 noyabr 2026, 18:15

Möhtərəm cənab Prezident,

Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə imzaladığınız sərəncamda öz adımı görmək məni olduqca bəxtiyar etdi. Məni “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etməyiniz işimə verdiyiniz qiymətin ən ali göstəricisidir. Mən bu mükafata görə Sizə sonsuz minnətdarlığımı ifadə etmək istəyirəm.

Cənab Prezident, fürsətdən istifadə edib, 8 Noyabr - Zəfər Günü münasibətilə Sizə təbriklərimi və xoş arzularımı çatdırıram. Sizin qətiyyətiniz və rəşadətli Ordumuzun şücaəti sayəsində əldə olunan tarixi Zəfər xalqımıza sonsuz qürur yaşatdı. Sizə möhkəm cansağlığı, Azərbaycanın inkişafı və rifahı naminə yorulmaz fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Dərin hörmətlə,

Çimnaz Hüseynova,

“Space” MTRŞ-nın Proqramların qəbulu və arxivi şöbəsinin müdiri

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi