logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Məmmədrza Heyətdən, Ankara, Türkiyə

Text size icon-size icon-size

11 noyabr 2026, 12:31

Hörmətli cənab Prezident,

8 Noyabr – Zəfər Günü münasibətilə Zati-alinizi ən səmimi duyğularımla təbrik edirəm. Ali Baş Komandan kimi nümayiş etdirdiyiniz qətiyyətli rəhbərlik, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz iradəsi sayəsində qazanılan Qarabağ Zəfəri Azərbaycan tarixinin ən mühüm dönüş nöqtələrindən biri olmuş, uzun illərin həsrətinə son qoyaraq milli yaddaşımızda yeni bir səhifə açmışdır.

Bir Cənubi Azərbaycan türkü olaraq bu Zəfərin sevincini hər zaman dərindən hiss etmişəm. Şuşada yenidən dalğalanan Azərbaycan Bayrağı və Qarabağa qayıdış yalnız Azərbaycan Respublikası vətəndaşlarında deyil, dünyanın müxtəlif coğrafiyalarında yaşayan, qəlbi Azərbaycanla döyünən milyonlarla soydaşımızda böyük sevinc və qürur hissi yaratmışdır.

Bu tarixi Zəfər uğrunda canlarından keçən əziz şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla yad edir, qazilərimizə hörmət və ehtiramımı bildirirəm.

Bu duyğu və düşüncələrlə Zati-alinizin və bütün Azərbaycan xalqının 8 Noyabr – Zəfər Gününü ürəkdən təbrik edir, Azərbaycana daimi sülh, əmin-amanlıq, tərəqqi və yeni uğurlar arzulayıram.

Zəfər Günümüz mübarək olsun!

Dərin hörmətlə,

Dr. Məmmədrza Heyət

Təbriz Araşdırmaları Mərkəzinin rəhbəri, “Varlıq” jurnalının baş redaktoru,

Ankara Universitetinin müəllimi

Türkiyə Respublikası, Ankara şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi