Banu İsayevadan, Şəki, Azərbaycan
11 noyabr 2026, 14:22
Hörmətli cənab Prezident.
Sizi xalqımızın qürur, şərəf və tarix gününə çevrilmiş Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm! 8 Noyabr Azərbaycan tarixinin qızıl hərflərlə yazılmış, hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq möhtəşəm bir səhifəsidir. Bu gün xalqımızın birliyinin, əzminin, iradəsinin və Vətən sevgisinin təntənəsidir.
Siz bizə yalnız torpaqlarımızı deyil, başucalığımızı qaytardınız. Şuşa azad olunanda axan o sevinc yaşları qəlbimizdə əbədi yaşayacaq.
Şanlı Ordumuzun rəşadəti sayəsində bu gün qalib ölkənin gənciyik. Söz veririk ki, bu Zəfər ruhunu yaşadacaq, təhsilimizlə Azərbaycana layiqincə xidmət edəcəyik.
Zəfərimiz əbədi olsun!
Hörmətlə,
İsayeva Banu, tələbə
Azərbaycan Respublikası, Şəki şəhəri