logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Text size icon-size icon-size

08 noyabr 2026, 20:27

Noyabrın 8-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib.

Ziyafətdə konsert proqramı təqdim olunub.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan incəsənət xadimləri, həmçinin Vətən Müharibəsi qəhrəmanları, “Qarabağ” və “Zəfər” ordenləri ilə təltif edilmiş hərbi qulluqçularla görüşüb, foto çəkdiriblər.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi