logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

UNESCO-nun himayəsi altında Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Mərkəzinin direktoru Oljas Süleymenovdan

Text size icon-size icon-size

07 noyabr 2026, 18:09

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Azərbaycan xalqının Sizin rəhbərliyinizlə ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirən və artıran, dünyada siyasi və mədəni proseslərin ən mühüm iştirakçılarından birinə çevirən şanlı Qələbəsinin 6-cı ildönümü tamam olur.

Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm, çünki bu diyar qazax torpağı kimi mənə doğmadır. Həmçinin Heydər Əliyevin xatirəsi mənim həyatımda və xalqlarımızın tarixində müstəsna yerə malikdir. Dahi lider 80 il ömür sürsə də, əsrlər boyu yaşayacaq irs və dəyərlər qoyub.

Mən hazırda həyatımı həsr etdiyim nailiyyətlərə yekun vurur və onları ümumiləşdirirəm. Bu il bizim gördüyümüz işlərin ən əsası Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyi idi. Bu əsas mövzu qədim vaxtlardan günümüzədək gəlib çatan və müasir dövrdə İlham Əliyev kimi türk dövlətləri liderlərinin xarakterlərində özünü göstərən türkçülüyün tarixi və mədəni dəyərləri ilə bağlıdır.

Rəhbərlik etdiyim Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Mərkəzi bu əlamətdar tarixlə bağlı fürsətdən istifadə edərək Türk dünyasının görkəmli elm və mədəniyyət xadimlərinin iştirakı ilə böyük tədbirlər təşkil edir və layihələr həyata keçirir. Onların fəal iştirakı nailiyyətlərimizin beynəlxalq səviyyədə tanınmasına imkan verir.

Qoy, bu nailiyyətlər Azərbaycanın və bütün Türk dünyasının qələbələrinin layiqli davamına çevrilsin.

Daim Sizin,

 

Oljas Süleymenov

 

UNESCO-nun himayəsi altında Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Mərkəzinin direktoru,

“Şöhrət”, “Dostluq” və “Şərəf” ordenlərinin kavaleri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi