logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü Əbdürrəhman Mustafapaşadan

Text size icon-size icon-size

06 noyabr 2026, 20:18

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

8 Noyabr - Zəfər Günü münasibətilə Suriya Türkman Məclisi adından Sizi, qardaş Azərbaycan xalqını səmimiyyətlə təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Sizin rəhbərliyinizlə qəhrəman Azərbaycan xalqı, rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın davam edən ədalətsizliyə və zülmə son qoydu, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini öz gücü ilə icra etməyə müvəffəq oldu.

Suriya Türkman Məclisi olaraq, qardaş Azərbaycanın şanlı Zəfərinə aparan yolu günbəgün, anbaan izləyir, hər bir uğuruna ürəkdən sevinirdik. Bu tarixi Qələbə xalq-lider vəhdətinin bariz nümunəsi və azərbaycanlı qardaşlarımızın sarsılmaz iradəsinin təntənəsidir.

Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında nəhəng yenidənqurma və bərpa işləri davam edir, infrastruktur, logistika, iqtisadi, təhsil, humanitar, sosial və digər sahələrdə həyata keçirilmiş və icra edilən layihələr Azərbaycanın ayrılmaz hissələri olan bu bölgələrin dünyanın ən gözəl guşələrindən birinə çevirir.

Möhtəşəm Zəfər Günü münasibətilə Zati-alinizi bir daha təbrik edir, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

 

Əbdürrəhman Mustafapaşa

Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi