Şövqi Göyçayskidən, Bakı, Azərbaycan
06 noyabr 2026, 17:50
Əziz və çox hörmətli Prezident!
Vətən müharibəsində Ali Baş Komandanlığınız altında qazanılan möhtəşəm Zəfərin ildönümü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik.
Son iki yüz ildə ilk dəfə olaraq torpaqlarımızın azad edilməsi və milli qürurumuzun özümüzə qaytarılması münasibətilə sonsuz fərəh hissi keçirir, azərbaycanlı olduğumuz üçün bir daha böyük qürur duyuruq.
Müharibədən sonra mənfur düşmən tərəfindən dağıdılmış torpaqlarımızda bərpa və quruculuq işlərinin müvəffəqiyyətlə həyata keçirilməsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə doğma yurdlarına qayıdan sakinlərlə səmimi görüşləriniz, Vətənin kiçik övladlarını ata-ana nəvazişi ilə bağrınıza basmağınız bizə böyük ruh verir. Bizə bu fərəhli günləri yaşatdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Cənab Prezident! Bayram ərəfəsində ailəmiz adından Sizə, Mehriban xanıma və övladlarınıza möhkəm cansağlığı, uzun ömür, Azərbaycan xalqının rifahı və dövlətimizin inkişafı naminə ali fəaliyyətinizdə böyük müvəffəqiyyətlər arzulayırıq.
Dərin hörmətlə,
Şövqi Göyçayski
Bakı Dövlət Universitetinin professoru
Azərbaycan Respublikası, Bakı şəhəri.