Şövkət Cəlilovdan, Oğuz, Azərbaycan
06 noyabr 2026, 17:49
Hörmətli cənab Prezident!
Sizi Oğuz şəhər Cümə məscidi dini icması adından 8 Noyabr-Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Zəfər Günü Sizin sayənizdə Azərbaycan xalqının öz tarixinə sahib çıxdığı, milli qürurunu yenidən yüksəltdiyi, doğma torpaqlarına qovuşmaq arzusunu gerçəkləşdirdiyi gündür. Bu gün hər bir azərbaycanlının qəlbində xüsusi yer tutur. Azərbaycanın öz suverenliyini, ərazi bütövlüyünü və milli maraqlarını müdafiə etmək əzmini nümayiş etdirən bu tarixi Qələbəni xalqımıza bəxş etdiyinizə görə Sizə minnətdarıq.
Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətimizin tərəqqisi, xalqımızın firavanlığı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Qoy Azərbaycanımız daim qalib, bayrağımız uca olsun!
Hörmətlə,
Şövkət Cəlilov
Oğuz şəhəri Cümə məscidinin imamı
Azərbaycan Respublikası, Oğuz şəhəri.