Şahin İsmayılzadədən, Ağstafa, Azərbaycan
06 noyabr 2026, 17:45
Hörmətli cənab Prezident,
Azərbaycan xalqının tarixində xüsusi yer tutan, milli qürur və birlik rəmzinə çevrilən əlamətdar 8 Noyabr - Zəfər Günü münasibətilə Sizi təbrik edirəm.
Sizin qətiyyətli rəhbərliyiniz sayəsində torpaqlarımız işğaldan azad olundu, üçrəngli bayrağımız Qarabağda yenidən ucaldı.
Sizin cəsarətinizi, uzaqgörənliyinizi, xalqımızın milli iradəsini, həmrəyliyini, dövlətimizin qüdrətini, ordumuzun qəhrəmanlığını, Vətən sevgisini bütün dünyaya nümayiş etdirən bu Qələbə şəhidlərimizin qanı ilə yazılmış şərəfli tarixdir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Allah Sizi və dövlətimizi qorusun!
Hörmətlə,
Şahin İsmayılzadə
Ağstafa rayonu, İmam Əli adına Cümə məscidinin dini icmasının sədri və imamı
Azərbaycan Respublikası, Ağstafa rayonu