Bahar Əfəndiyevadan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizi müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış şanlı 8 noyabr - Zəfər Günü münasibətilə bir Azərbaycan vətəndaşı olaraq ən səmimi hisslərlə təbrik edir, dərin hörmət və ehtiramımı bildirirəm.
Sizin uzaqgörən siyasətiniz, sarsılmaz qətiyyətiniz sayəsində rəşadətli ordumuz otuz illik işğala son qoyaraq ölkəmizin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmişdir.
Sizin rəhbərliyiniz altında qazanılan bu möhtəşəm Qələbə xalqımızın milli qürurunu özünə qaytarmaqla yanaşı, dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi.
Bu gün azad Qarabağda və Şərqi Zəngəzurda Sizin birbaşa rəhbərliyinizlə həyata keçirilən nəhəng quruculuq işləri və Böyük Qayıdış hərəkatı hər bir vətəndaş kimi məndə də böyük iftixar hissi doğurur.
Bizə bu böyük Zəfəri bəxş edən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə şəfa diləyirəm.
Sizə müstəqil Azərbaycanın daha da inkişaf etməsi və regional sülhün bərqərar olması naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı və uzun ömür arzulayıram.
Zəfərimiz əbədi, dövlətimiz sarsılmaz olsun!
Dərin hörmət və ehtiramla,
Bahar Əfəndiyeva
Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu