Səddan Səfərovdan, Sumqayıt, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizi xalqımızın qürur və iftixar mənbəyi olan 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, tarixi Qələbənin qazanılmasında göstərdiyiniz qətiyyətli rəhbərliyə görə dərin minnətdarlığımı bildirirəm.
Sizin rəhbərliyinizlə əldə olunan şanlı Zəfər Azərbaycan xalqının birliyinin, dövlətimizin qüdrətinin və milli iradəmizin təntənəsidir. Bu tarixi Qələbə gələcək nəsillər üçün vətənpərvərlik, qəhrəmanlıq və dövlətə sədaqət nümunəsidir.
Sumqayıt Dövlət Universitetinin fəxri məzunu, keyfiyyət və əməyin təhlükəsizliyi üzrə mütəxəssis və təlimçi olaraq ölkəmizin inkişafına, gənclərin peşəkar hazırlığına və maarifləndirilməsinə töhfə verməyi özümə mənəvi borc hesab edirəm. İnanıram ki, güclü Azərbaycanın gələcəyi savadlı, məsuliyyətli və vətənpərvər gənclərin fəaliyyəti ilə daha da möhkəmlənəcəkdir.
Bu əlamətdar gündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayıram.
Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür və dövlətçilik fəaliyyətinizdə davamlı uğurlar diləyirəm.
Yaşasın müstəqil, suveren və qalib Azərbaycan!
Dərin hörmət və ehtiramla,
Səddan Səfərov,
Keyfiyyət və əməyin təhlükəsizliyi üzrə mütəxəssis, təlimçi,
Sumqayıt Dövlət Universitetinin fəxri məzunu,
Sumqayıt şəhəri, Azərbaycan.