logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Şəhla Ələkbərova, Gəncə, Azərbaycan

Text size icon-size icon-size

21 oktyabr 2026, 17:45

Möhtərəm cənab Prezident,

Yeni Azərbaycan Partiyasının yüksək təşkilatçılıqla keçirilən VIII Qurultayının partiyamızın fəaliyyətində yeni bir mərhələnin başlanğıcını qoyaraq qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsinə mühüm töhfə verəcəyinə əminliyimi ifadə edirəm. Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi və gələcək nəsillərin məsuliyyətli vətəndaşlar kimi yetişdirilməsi Azərbaycanın davamlı inkişafının mühüm şərtlərindəndir. Güclü dövlətin əsas göstəricilərindən biri də onun vətəndaşlarının təhlükəsizliyinin, rifahının və gələcəyə inamının təmin edilməsidir.

Hörmətli cənab Prezident, Sizin güclü siyasi iradəniz, dövlətçilik prinsiplərinə sadiqliyiniz və Azərbaycanın gələcəyinə yönəlmiş aydın strategiyanız bizdə böyük qürur və ruh yüksəkliyi doğurur. Sizə məsuliyyətli fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı, ölkəmizin tərəqqisi, xalqımızın firavanlığı naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirik.

Dərin hörmət və ehtiramla,

Şəhla Ələkbərova,

Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, biologiya üzrə fəlsəfə doktoru,

Azərbaycan Respublikası, Gəncə şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi