logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Fərhad Qaraşovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

21 oktyabr 2026, 17:21

Möhtərəm cənab Prezident.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycanın gələcək inkişaf strategiyası qarşıda duran vəzifələr və müəyyən etdiyiniz yeni hədəflərlə bağlı səsləndirdiyiniz fikirlər ölkəmizin gələcəyinə töhfə vermək istəyən insanlar, o cümlədən sahibkarlar və təhsil sahəsində çalışanlar üçün mühüm əhəmiyyət kəsb edir. İlk dəfədir ki, Yeni Azərbaycan Partiyasının qurultayı Azərbaycanın ərazi bütövlüyünü və suverinliyini tam bərpa etdiyi tarixi şəraitdə keçirilir. Sizin rəhbərliyinizlə qazanılmış Zəfər ölkəmizin qarşısında yeni inkişaf açmış, iqtisadi və sosial sahələrdə daha böyük hədəflər müəyyənləşdirmişdir. VIII Qurultayda iqtisadi qüdrətimizin artırılması, qeyri-neft sektorunun inkişafı, sahibkarlığın dəstəklənməsi, investisiyaların təşviqi və əhalinin rifahının yüksəldilməsi ilə bağlı səsləndirdiyiniz fikirlər, eyni zamanda təhsilin əhəmiyyətinə xüsusi diqqət yetirməyiniz ölkəmizin gələcək inkişafında iqtisadi potensialla yanaşı insan kapitalının da mühüm rol oynadığını bir daha göstərir. Bilikli, savadlı, müasir düşüncəli gənclərin yetişdirilməsi təhsilin keyfiyyətinin yüksəlməsi və innovasiyaların təşviqi Azərbaycanın davamlı tərəqqisi üçün vacib şərtlərdəndir.

Möhtərəm cənab Prezident, qurultayda müəyyən etdiyiniz strateji hədəflərə, sahibkarlığın inkişafına göstərilən diqqətə və təhsilin cəmiyyətin tərəqqisindəki roluna dair fikirlərinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Əminik ki, ölkəmizdə sahibkarlığın inkişafı yerli istehsalın və ixrac imkanlarının genişləndirilməsi, eləcə də təhsil və innovasiya sahələrinə diqqət ayrılması Azərbaycanın iqtisadi potensialının daha da möhkəmlənməsinə və xalqımızın rifahının yüksəlməsinə xidmət edəcəkdir.

Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı, Azərbaycan dövlətinin inkişafı və xalqımızın rifahı naminə fəaliyyənizdə yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Qaraşov Fərhad Arif oğlu,

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi