şəhid anası Xalidə Həmzəyevadan, Bakı, Azərbaycan
21 oktyabr 2026, 17:00
Möhtərəm cənab Prezident!
Mən - Vətən müharibəsi şəhidi, baş leytenant Orxan Hüseynovun anası Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi VIII Qurultayda iştirakımdan qürur duyuram. Sizin müqəddəs şəhid qanının hər şeydən uca tutan, qəlblərə toxunan çıxışınızı böyük qürur və fəxarət göz yaşları ilə dinlədim.
Siz çıxış edərkən mən çətin, lakin şərəfli müharibə günlərini bir daha xatırladım. O ağır günlərdə canımdan əziz oğlumun şəhid olmasına rəğmən, qəlbimdəki sarsılmaz inamla səsləndirdiyim "dayanma, sona qədər get, cənab Ali Baş Komandan!" sözləri Sizin çıxışınızla ruhumda yenidən canlandı.
Bizə bəxş etdiyiniz bu şanlı zəfərə, həmçinin müqəddəs şəhidlərimizin əmanətlərinə göstərdiyiniz yüksək diqqət və tükənməz qayğıya görə Sizə öz adımdan və ailəmiz adından ən dərin minnətdarlığımı bildirirəm.
Uca Allah Sizi və dövlətimizi qorusun!
Hörmətlə,
Həmzəyeva Xalidə Həmzə qızı, şəhid baş leytenant Orxan Hüseynovun anası
Azərbaycan Respublikası, Bakı şəhəri.