Həbib Misirovdan, Kəlbəcər, Azərbaycan
21 oktyabr 2026, 14:19
Hörmətli cənab Prezident!
Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı və bu gün Zati-alinizin rəhbərliyi altında fəaliyyətini uğurla davam etdirən Yeni Azərbaycan Partiyasının VIII Qurultayında etdiyiniz proqram xarakterli çıxışınız bizim üçün yeni yol xəritəsi oldu.
Azərbaycanın dövlət suverenliyinin tam bərpa edilməsindən sonra keçirilən bu Qurultay ölkəmizin və Partiyamızın həyatında yeni mərhələnin başlanğıcını oldu. Siz öz çıxışınızda ölkəmizin qarşısında dayanan yeni vəzifələrə, dövlətçilik, milli ideologiya, gənclərin tərbiyəsi, siyasi həmrəylik və Partiyanın gələcək fəaliyyətinə dair olduqca mühüm fikirlər səsləndirdiniz.
Qurultayda müəyyən etdiyiniz yeni hədəflər Yeni Azərbaycan Partiyasının hər bir üzvü qarşısında böyük məsuliyyət və vəzifələr qoyur. Əminik ki, Partiyamızın üzvləri bundan sonra da Ulu Öndər Heydər Əliyevin siyasi irsinin və Sizin müəyyən etdiyiniz siyasi kursun əsas prinsiplərini rəhbər tutaraq ölkəmizin inkişafına öz töhfələrini verəcəklər.
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının çoxsaylı üzvləri VIII Qurultayda etdiyiniz tarixi çıxışda səsləndirdiyiniz vacib fikirlərin geniş ictimai müzakirəsini keçirmişdir. Bu müzakirələrdə partiya üzvlərinin vəzifə və məsuliyyəti bir daha diqqətə çatdırılmış və ideoloji təbliğat işinin müasir tələblərə uyğun şəkildə qurulması işlərinə başlanılmışdır.
Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması xalqımızın çoxəsrlik tarixində mühüm dönüş nöqtəsi olmuşdur. Bu tarixi Zəfərin ardınca Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən doğma Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, uzun illər vətən həsrəti ilə yaşayan soydaşlarımızın öz evlərinə qayıtması xalqımızın qəlbində Zati-alinizə böyük minnətdarlıq duyğusu formalaşdırmışdır.
Bu gün Kəlbəcərdə yeni yaşayış məhəllələri salınır, müasir infrastruktur yaradılır, məktəblər, sosial obyektlər və digər mühüm layihələr həyata keçirilir. Ən böyük sevincimiz isə uzun illər doğma yurd həsrəti ilə yaşayan Kəlbəcər sakinlərinin Böyük Qayıdış proqramı çərçivəsində öz ata-baba torpaqlarına qayıtmasıdır. Artıq Yeni Azərbaycan Partiyasının üzvləri də doğma Kəlbəcərə qayıdaraq burada məskunlaşır, quruculuq prosesinin iştirakçısına çevrilirlər. Bu, bizim üçün təkcə tarixi qayıdış deyil, həm də dövlətimizin gücünün, xalqımızın birliyinin və Azərbaycanın qarşısında yeni inkişaf imkanlarının bariz ifadəsidir. Kəlbəcərin yenidən qurulmasına, rayon sakinlərinin doğma torpaqlarına qayıdışına göstərdiyiniz diqqət və qayğıya görə Sizə bir daha dərin minnətdarlığımızı bildiririk.
Söz veririk ki, Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətlə və Zati-alinizin göstərdiyi hədəflərə çatmaq inamıyla bundan sonra daha əzmlə çalışacaq və suveren Azərbaycana layiqli vətəndaş olacayıq.
Möhtərəm cənab Prezident!
Uca Allahdan Sizə möhkəm cansağlığı, uzun ömür, ailənizə əmin-amanlıq və xoşbəxtlik diləyirik.
Dərin hörmət və ehtiramla,
Həbib Misirov,
Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri
Azərbaycan Respublikası, Kəlbəcər şəhəri.