Aygün Əmrahovadan, Kəlbəcər, Azərbaycan
21 oktyabr 2026, 13:47
Hörmətli cənab Prezident!
Sizin, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyiniz tarixi və proqram xarakterli çıxışınız Yeni Azərbaycan Partiyasının gənc üzvü kimi məndə böyük qürur hissi yaratdı.
Bu gün doğma torpaqlarımıza qayıdışımızı təmin etdiyinizə, xalqımıza illərdir həsrətində olduğumuz sevinc və qüruru yaşatdığınıza görə Sizə, azad Kəlbəcərin sakini, keçmiş məcburi köçkün gənc kimi, dərin minnətdarlığımı bildirirəm.
Möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycanın qazandığı tarixi zəfərlər, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası, işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri hər bir azərbaycanlıda böyük qürur və gələcəyə inam yaradır.
Bir gənc partiya üzvü olaraq bəyan edirəm ki, bundan sonra da Yeni Azərbaycan Partiyasının sıralarında fəaliyyətimi davam etdirəcək, Sizin ətrafınızda sıx birləşərək ölkəmizin tərəqqisi, dövlətimizin daha da güclənməsi və doğma Kəlbəcərimizin inkişafı naminə var gücümlə çalışacağam.
Sizin müəyyən etdiyiniz siyasi kursa və dövlətçilik prinsiplərinə sadiq qalaraq Azərbaycanın parlaq gələcəyi naminə xidmət etməyi özümə şərəfli və məsuliyyətli vəzifə hesab edirəm.
Allah Sizi və müstəqil Azərbaycanımızı qorusun.
Dərin hörmət və ehtiramla,
Aygün Əmrahova
Azərbaycan Respublikası, Kəlbəcər rayonu.