Arifə Abbasova və başqalarından, Tovuz, Azərbaycan
20 oktyabr 2026, 12:31
Möhtərəm cənab Prezident!
Ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan Yeni Azərbaycan Partiyasının VIII Qurultayının uğurla keçirilməsi münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik.
Sizin rəhbərliyinizlə ölkəmizdə əhalinin sosial rifahının yüksəldilməsi və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Qəbul etdiyiniz qərarlar və imzaladığınız sərəncamlar dövlətimizin vətəndaş amilinə verdiyi önəmin, insanların həyat şəraitinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması ilə bağlı səsləndirdiyiniz fikirlər və verdiyiniz tapşırıqlar əhali tərəfindən böyük məmnunluqla qarşılanmış, insanlarda gələcəyə inam və nikbinlik hissini daha da gücləndirmişdir.
Sizi əmin edirik ki, YAP Tovuz rayon təşkilatının əməkdaşları olaraq, partiyamız qarşısında qoyduğunuz vəzifələrin uğurla həyata keçirilməsi istiqamətində bundan sonra da səylə çalışacağıq.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycanımızın inkişafı naminə həyata keçirdiyiniz çoxşaxəli fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
Dərin hörmət və ehtiramla,
YAP Tovuz rayon təşkilatının əməkdaşları:
Arifə Abbasova,
Kamran Qasımov,
Emin Feyzizadə,
Hüseyn Hacıyev,
Aqil Qələndərov,
Sabir Abdıyev,
Səyyarə Tanrıverdiyeva.
Azərbaycan Respublikası, Tovuz şəhəri.