logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Asif Abdurahmanovdan, Qax, Azərbaycan

Text size icon-size icon-size

12 oktyabr 2026, 17:17

Hörmətli Mehriban xanım,

Sizə bu məktubu dərin hörmət və səmimi minnətdarlıq hissi ilə ünvanlayıram. Azərbaycan xalqının rifahı, insanların sosial vəziyyətinin yaxşılaşdırılması, ehtiyacı olan ailələrə göstərdiyiniz diqqət və qayğı, eləcə də həyata keçirdiyiniz xeyirxah və humanitar layihələr hər birimiz üçün böyük əhəmiyyət daşıyır.

Sizin insanlara göstərdiyiniz diqqət, mərhəmət və qayğı, xüsusilə də çətin vəziyyətdə olan ailələrə uzatdığınız yardım əli xalqımızın qəlbində Sizə qarşı böyük sevgi və ehtiram yaradıb.

Ölkəmizin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunmasına, təhsil, səhiyyə və mədəniyyətə verdiyiniz töhfələrə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Allahdan Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xalqımızın rifahı naminə gördüyünüz bütün işlərdə uğurlar arzulayıram.

Uca Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Asif Abdurahmanov,

Azərbaycan Respublikası, Qax rayonu, Ləkit-Malax kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi