logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Qazaxıstanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

Text size icon-size icon-size

15 fevral 2013, 15:10

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının ölkəmizdəki səfiri Serik Primbetovu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə olundu. 

İkitərəfli münasibətlərimizin möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirən dövlətimizin başçısı gələcək fəaliyyətində ona uğurlar arzuladı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi