İlham Əliyev İtaliya xarici işlər nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Text size
15 fevral 2013, 15:00
Prezident İlham Əliyev İtaliya Xarici İşlər nazirinin müavini xanım Marta Dassunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edildi, əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı, əlaqələrimizin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.