02 oktyabr 2026, 17:31
Fatimə Abdullayevadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Təhsilə bərabər çıxış imkanlarının genişləndirilməsi və sosial həssas ailələrdən olan gənclərin dəstəklənməsi məqsədilə Sizin Fərmanınızla Təhsil Tələbə Krediti Fondunun yaradılması mühüm sosial təşəbbüsdür. Bu günədək 100 mindən çox müraciətin qəbul edilməsi, 90 mindən çox təhsil kreditinin rəsmiləşdirilməsi Fondun cəmiyyət üçün əhəmiyyətini göstərir.
Bu imkanların yaradılmasına görə Sizə təşəkkürümü bildirirəm. Biz gənclər də öz növbəmizdə doğma Vətənimiz üçün hər bir fədakarlığa hazırıq və Sizi dəstəkləyirik.
Hörmətlə,
Fatimə Abdullayeva
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.