02 oktyabr 2026, 14:47

Əjdər Seyidovdan, Kürdəmir, Azərbaycan

Hörmətli cənab Prezident!

Kürdəmir rayonunun Qurdbayram kənd sakinləri adından Sizə dərin hörmət və ehtiramımızı bildirirəm.

Kəndimizin sakinləri üçün uzun müddətdir ciddi əhəmiyyət daşıyan bir məsələ öz həllini tapmışdır. Kəndimizin qəbiristanlığına, eləcə də Kürdəmir rayonuna və digər rayonlara çıxışımızı təmin edən təxminən 7 kilometrlik yolun torpaq işləri görülərək daşlanması həyata keçirilmişdir. Bu yol bizim üçün sadəcə bir yol deyil. Uzun müddət çətinlik çəkdiyimiz qəbiristanlığa gediş-gəliş imkanımız yaxşılaşmış, dünyasını dəyişən doğmalarımızı ziyarət etmək və onlarla mənəvi bağımızı qorumaq daha asan olmuşdur. Bu mənada, görülən iş bizi dünyadan köçən əzizlərimizlə sanki yenidən qovuşdurmuşdur.

Kəndimizin yol probleminə diqqət yetirilməsində və sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılmasında göstərilən dövlət qayğısını yüksək qiymətləndiririk. Sizə və dövlətimizə təşəkkürümüzü bildirir, fəaliyyətinizdə uğurlar arzulayırıq.

Kənd sakinləri adından hörmətlə,

Əjdər Seyidov

Azərbaycan Respublikası, Kürdəmir rayonu, Qurdbayram kəndi.