logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

02 oktyabr 2026, 15:42

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                       

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026, № 5 (I kitab), maddə 408) 2.1-ci bəndinə hər iki halda “tramvay, taksi” sözlərindən sonra “, sərnişin kanat yolları” sözləri, “metro, tramvay” sözlərindən sonra “, sərnişin kanat yollarının” sözləri əlavə olunsun və həmin bənddə “taksi və avtobuslara” sözləri “taksilərə, avtobuslara və sərnişin kanat yollarına” sözləri ilə, “və tikintisini” sözləri “, tikintisini və istismarını” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 oktyabr 2026-cı il

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi