logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Zivel kənd sakinləri adından, Kəlbəcər, Azərbaycan

Text size icon-size icon-size

29 sentyabr 2026, 15:50

Hörmətli cənab Prezident!

Kəlbəcər rayonunun bərpası, doğma torpaqlarımızda geniş quruculuq işlərinin aparılması və insanların öz yurdlarına qayıtması üçün gördüyünüz böyük işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Yenidən qurulacaq kəndlərin siyahısına Zivel kəndinin də salınması kənd sakinləri üçün böyük sevinc və ümid mənbəyidir. Bu diqqətinizə görə Sizə təşəkkür edir, möhkəm cansağlığı və uğurlar arzulayırıq.

Kəlbəcər rayonunun Zivel kənd sakinləri adından hörmətlə,

Cabbar Mamedov

Azərbaycan Respublikası, Gəncə şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi