logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Asif Abdurəhmanovdan, Qax, Azərbaycan

Text size icon-size icon-size

29 sentyabr 2026, 13:34

Hörmətli cənab Prezident!

Uğurlu siyasətinizin, qətiyyətli Ali Baş Komandanlığınızın, şəhidlərimizin və qazilərimizin şücaəti sayəsində Qarabağı düşmən tapdağından azad etdiyiniz üçün, Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyiniz üçün Sizə, qazilərimizə və Şanlı Ordumuzun hər bir əsgərinə öz minnətdarlığımı ifadə etmək istəyirəm.

Mən, bir azərbaycanlı olaraq, Sizinlə ürəkdən fəxr edirəm. Sizə və ailənizə uzun ömür, daimi xoşbəxtlik arzu edirəm.

Azərbaycan xalqı hər zaman Sizinlədir və Sizin uğurlu siyasətinizi dəstəkləyir.

Hörmətlə,

Asif Abdurəhmanov

Azərbaycan Respublikası, Qax rayonu, Ləkit Malax kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi