Sahil Rzayevdən, Bakı, Azərbaycan
Text size
28 sentyabr 2026, 18:03
Hörmətli cənab Prezident,
27 Sentyabr – Anım Günündə xalqımız növbəti dəfə öz şərəfli tarixinin qəhrəmanlarını andı.
Mən Sizə dərin ehtiramımı bildirir, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizi qürurla yad edirəm. Sizin rəhbərliyinizlə qazanılan tarixi Zəfər xalqımızın milli qürurudur.
Eyni zamanda, şəhid ailələrinə və qazilərə göstərdiyiniz diqqətə görə Sizə minnətdaram. Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Sahil Rzayev
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.