logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Aybəniz Mehrəliyevadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

25 sentyabr 2026, 14:11

Hörmətli cənab İlham Əliyev,

Mən ürəyimdən keçənləri Sizə səmimi yazıram. Siz milyonlarla əhalisi olan bir dövləti mükəmməl idarə edir, xalqı yumruq kimi ətrafınızda birləşdirmisiniz. Bunun üçün dərin zəka, bilik, müdriklik, idarəetmə və səmərəli ünsiyyətqurma bacarığı, bir sözlə liderə xas olan xüsusiyyətlər lazımdır ki, bunların da hamısı Sizdə cəmləşmişdir.

Sizin liderliyiniz altında Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etdi və bir çox sahələrdə davamlı uğurlar qazanır.

Sizə olan hörmət və ehtiramım sonsuzdur.

Allah Sizi qorusun!

Hörmətlə,

Aybəniz Mehrəliyeva

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi