Vüsal Abdullazadədən, Bakı, Azərbaycan
24 sentyabr 2026, 15:00
Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasının son illərdə əldə etdiyi mühüm nailiyyətləri, ölkəmizin hərtərəfli inkişafı istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirləri bir Azərbaycan gənci olaraq böyük maraq və qürur hissi ilə izləyirəm.
Ölkəmizdə gənclər siyasətinə göstərilən yüksək dövlət diqqəti və qayğısı, gənclərin cəmiyyətin ictimai, sosial, elm, təhsil, texnologiya və idman həyatında fəal iştirakına yaradılan imkanlar xüsusi qeyd olunmağa layiqdir. Gənclərin potensialının üzə çıxarılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, yeni təşəbbüslərinin dəstəklənməsi Azərbaycanın gələcəyinə yönəlmiş mühüm və strateji yanaşmanın göstəricisidir.
Eyni zamanda, Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlar və bu sahənin inkişafı üçün yaradılmış imkanlar gənclər üçün böyük stimul və motivasiya mənbəyidir. Müasir idman infrastrukturlarının yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakının dəstəklənməsi və Azərbaycan bayrağının mötəbər beynəlxalq arenalarda yüksəldilməsi ölkəmizin idman siyasətinin mühüm nəticələrindəndir.
Azərbaycanın inkişafı yalnız idman və gənclər sahəsi ilə məhdudlaşmır. Müasir texnologiyaların tətbiqi, rəqəmsal inkişaf, innovasiya, bərpa olunan enerji mənbələrindən istifadə, iqtisadiyyatın şaxələndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkəmizin gələcəyə hesablanmış inkişaf strategiyasını aydın şəkildə nümayiş etdirir.
Xüsusilə Azərbaycanın bərpa olunan enerji potensialının geniş şəkildə reallaşdırılması və bu istiqamətdə beynəlxalq tərəfdaşlığın inkişaf etdirilməsi ölkəmizin müasir və dayanıqlı inkişaf yolunda atdığı mühüm addımlardandır. Bu proseslər Azərbaycan gənclərində gələcəyə inam yaradır və ölkəmizin yeni inkişaf mərhələsində onların qarşısında geniş imkanlar açır.
Hörmətli cənab Prezident,
Azərbaycan gənclərinin öz ölkəsində təhsil almaq, çalışmaq, yeni layihələr həyata keçirmək, idmanda və digər sahələrdə öz potensialını nümayiş etdirmək üçün yaradılan imkanları yüksək qiymətləndirirəm. Dövlət tərəfindən gənclərə göstərilən diqqət və etimad onların ölkənin inkişafında daha fəal rol almasına mühüm zəmin yaradır.
Bu baxımdan, ölkəmizdə gənclər və idman sahəsinə göstərdiyiniz davamlı diqqət və qayğıya, Azərbaycan gəncliyinin inkişafı üçün yaratdığınız imkanlara, idmanımızın beynəlxalq nüfuzunun artırılması istiqamətində həyata keçirilən tədbirlərə və Azərbaycanın davamlı inkişafına verdiyiniz töhfələrə görə Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Əminəm ki, Azərbaycan gəncləri dövlətimizin yaratdığı bu imkanlardan səmərəli istifadə edərək ölkəmizin inkişafına, beynəlxalq nüfuzunun daha da yüksəlməsinə və Azərbaycanın gələcək uğurlarına öz töhfələrini verməyə davam edəcəklər.
Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycan Respublikasının inkişafı, xalqımızın rifahı və dövlətimizin daha da qüdrətlənməsi naminə həyata keçirdiyiniz məsul və şərəfli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Dərin hörmət və ehtiramla,
Vüsal Abdullazadə,
Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi, Fudokan karate üslubunun Azərbaycan Respublikası üzrə rəsmi nümayəndəsi
Azərbaycan Respublikası, Bakı şəhəri.