logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Əli Məmmədovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

23 sentyabr 2026, 14:45

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Azərbaycan Respublikasında yaşayan hər bir azərbaycanlının duasında, ürəyində və xoş arzularında varsınız. Mən də bir Azərbaycan vətəndaşı olaraq Uca Rəbbimdən Sizə ilk növbədə uzun ömür, möhkəm cansağlığı və gördüyünüz bütün işlərdə daim uğurlar arzulayıram.

Sizin sayənizdə Azərbaycanımızın gündən-günə necə gözəlləşdiyini, inkişaf etdiyini və daha da güclü dövlətə çevrildiyini görürük. Biz bu torpaqlarda daha böyük qürurla, inamla və əmin-amanlıq içində yaşayırıq. Siz Qarabağın fatehi olaraq adınızı Azərbaycan tarixinin şərəfli səhifələrinə qızıl hərflərlə yazdırdınız. Ulu Öndər Heydər Əliyevin adını daha da ucaltdınız və atanızın Sizə əmanət etdiyi Azərbaycanı daha da yüksəklərə qaldırdınız. Bu, hər bir azərbaycanlının qəlbində xüsusi bir qürur və sevinc hissi yaradır.

Mənim üçün Qarabağın azad olunması sadəcə bir torpağın azad edilməsi deyil. Bu, illərlə həsrətini çəkdiyimiz torpaqlara qayıdışımız, şəhidlərimizin ruhunun şad olması, Azərbaycan bayrağının öz doğma torpaqlarımızda yenidən dalğalanması deməkdir. Sizin rəhbərliyinizlə Azərbaycan xalqının illər boyu gözlədiyi böyük arzularından biri gerçəkləşdi. Buna görə Sizə bir Azərbaycan vətəndaşı kimi öz dərin təşəkkürümü bildirirəm.

Siz mənim gözümün qarşısında Azərbaycanın gücünü, iradəsini və qürurunu dünyaya göstərən bir rəhbərsiniz. Mən inanıram ki, Azərbaycanımızın gələcəyi çox parlaq olacaq və xalqımız daha gözəl günlər görəcək.

Bəlkə də sözlərim çox sadədir, amma bunların hamısını ürəyimdən gələn səmimi hisslərlə yazıram. Rəbbim Sizləri qorusun, cənab Prezident. Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycanımız naminə gördüyünüz işlərdə daim güc və qüvvət arzulayıram.

Allah Azərbaycanımızı, xalqımızı və dövlətimizi qorusun.

Yaşasın Azərbaycan.

Qarabağ Azərbaycandır.

Dərin hörmət və səmimi ehtiramla,

Məmmədov Əli Vəli oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi