Tufan və Fəqan Cəfərovlardan, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin rəhbərliyinizlə ölkəmizdə bütün infrastruktur layihələri ardıcıl şəkildə icra edilir. Biz Sizinlə fəxr edirik – Siz ulu öndərimiz Heydər Əliyevin yolunu davam etdirərək bütün dünyaya Azərbaycanı tanıdırsınız.
Siyasi arenada səlis, dərin, əsaslı çıxışlarınızla bizi sevindirir, qürurlandırırsınız. Siz Vətənə misilsiz xidmətlər göstərir və xalqımızın bütün arzularını həyata keçirirsiniz.
Sizin uğurlu siyasətiniz sayəsində xalqımız firavan, bir-birindən gözəl illər yaşayır. Hər bir azərbaycanlı Sizin diqqət və qayğınızı daim üzərində hiss edir. Azərbaycanın qazandığı tarixi nailiyyətin müəllifi kimi Siz hər birimizin fəxrisiniz.
Hörmətlə,
Cəfərov Tufan, Qarabağ müharibəsi veteranı,
Cəfərov Fəqan.
Azərbaycan Respublikası, Ağdam rayonu, Ortaqışlaq kəndi