15 sentyabr 2026, 16:00

Əsgər atasından, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident!

Mən, bir əsgər atası olaraq, dövlətimizə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi qulluqçulara göstərdiyiniz yüksək diqqət və qayğıdan razılığımı Sizə çatdırmaq istəyirəm.

Mənim oğlum Sərhəd Qoşunlarında xidmət edir. Orada hökm sürən yüksək nizam-intizama, əsgərlərə göstərilən qayğıya görə Sizə sonsuz təşəkkürümü bildirirəm.

Sizin hərbi sahəyə ayırdığınız xüsusi diqqət, ordu quruculuğu sahəsində gördüyünüz misilsiz işlər öz səmərəsini və nəticəsini 44 günlük Vətən müharibəsində göstərdi. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü və qalib ordularından biridir.

Ordumuzda yaradılan mükəmməl şəraitə görə Sizinlə fəxr edirik.

Hörmətlə,

İlham Əhmədov

Azərbaycan Respublikası, Gəncə şəhəri.