11 sentyabr 2026, 16:33

Nargilə Kərimovadan, Mingəçevir, Azərbaycan

Möhtərəm cənab Prezident,

Azərbaycanın dünəni, buğunu və sabahı üçün gördüyünüz işlər təqdirəlayiqdir və xalqımızı məmnun edir. Mən, bir Azərbaycan vətəndaşı kimi, Sizə dərin hörmətimi və minnətdarlığımı bildirirəm.

Ölkəmizin inkişafı, dövlətimizin güclənməsi və xalqımızın rifahı naminə həyata keçirdiyiniz işləri böyük qürur hissi ilə izləyirəm. Qərbi Azərbaycan məsələsinə göstərilən diqqət bizim üçün xüsusi əhəmiyyət daşıyır. Sülh və təhlükəsiz gələcək naminə apardığınız siyasəti dəstəkləyir, Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram.

Hörmətlə,

Kərimova Nargilə Qərib qızı

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.