logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Bahar Məmmədovadan, Cəbrayıl, Azərbaycan

Text size icon-size icon-size

11 sentyabr 2026, 12:30

Hörmətli cənab Prezident,

Cəbrayıl rayonuna qayıdışımız üçün yaratdığınız şəraitə və göstərdiyiniz dəstəyə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Biz neçə illər doğma yurd-yuva həsrəti ilə yaşadıq. Amma heç zaman ümidimizi üzmədik. Ümidlərimizi sönməyə qoymayan Sizin sözləriniz və məqsədyönlü işləriniz idi. Sonda, dediyiniz kimi də oldu və bütün torpaqlarımız geri qaytarıldı. Biz artıq öz el-obamızdayıq və buna çox sevinirik.

Bizə doğma yurdumuzda yenidən həyat qurmaq imkanı verdiyiniz üçün Sizə sonsuz minnətdaram.

Dərin hörmətlə,

Bahar Məmmədova

Azərbaycan Respublikası, Cəbrayıl şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi