02 sentyabr 2026, 19:00

Ələkbər Həsənovdan, Abşeron, Azərbaycan

Möhtərəm cənab Prezident!

2026-cı il sentyabrın 1-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdəki çıxışınızı böyük maraq və diqqətlə izlədim.

Çıxışınızda Azərbaycan–Qırğızıstan münasibətlərinin strateji və müttəfiqlik xarakteri daşıyan yeni mərhələyə yüksəldiyini vurğulamağınız, qardaş Qırğızıstanın sosial-iqtisadi inkişafını və beynəlxalq nüfuzunun artmasını yüksək qiymətləndirməyiniz dövlətlərimiz arasında mövcud olan qardaşlıq münasibətlərinin mahiyyətini bir daha nümayiş etdirdi. Xüsusilə bir ay əvvəl imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilənin Azərbaycan və Qırğızıstan arasında əlaqələri ən yüksək səviyyəyə qaldırması ilə bağlı fikirləriniz xüsusi əhəmiyyət daşıyır.

Məni bir Azərbaycan gənci kimi çıxışınızda ən çox düşündürən məqamlardan biri isə Azərbaycanın 30 ildən artıq davam etmiş münaqişədən sonra öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, Cənubi Qafqazın tədricən sülh və əməkdaşlıq məkanına çevrilməsi ilə bağlı səsləndirdiyiniz fikirlər oldu.

Sizin qeyd etdiyiniz kimi, Azərbaycanın qarşılaşdığı ağır və mürəkkəb proseslərdə beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxtında və effektiv icra edilməməsi ciddi problemlər yaratmışdır. Buna baxmayaraq, Azərbaycan öz gücü, iradəsi və siyasi qətiyyəti hesabına ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Bu gün isə ölkəmizin sülhün, təhlükəsizliyin və regional əməkdaşlığın təşəbbüskarına çevrilməsi Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinin göstəricisidir.

Çıxışınızın digər mühüm məqamı çoxtərəflilik prinsipinin və beynəlxalq institutların rolunun gücləndirilməsi ilə bağlı fikirlərinizdir. Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövrdə nümayiş etdirdiyi fəal və prinsipial mövqe, eləcə də bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəfliliyin möhkəmləndirilməsinə töhfə vermək niyyəti ölkəmizin qlobal miqyasda artan rolunun göstəricisidir.

Hörmətli cənab Prezident,

Sizin beynəlxalq tribunalarda səsləndirdiyiniz hər bir fikir Azərbaycanın milli maraqlarının, dövlətçilik ənənələrinin və müasir Azərbaycanın siyasi mövqeyinin ifadəsidir. Bu çıxışlar, xüsusilə gənc nəslin dövlətimizin xarici siyasətini, milli maraqlarını və müasir dünyadakı mövqeyini daha dərindən anlaması baxımından böyük əhəmiyyət daşıyır.

Gənclər siyasəti sahəsində fəaliyyət göstərən bir Azərbaycan gənci olaraq, ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsini, Azərbaycan–Qırğızıstan qardaşlıq və müttəfiqlik münasibətlərinin gələcək nəsillər üçün də möhkəm təməl üzərində inkişaf etməsini arzulayıram.

Sizə möhkəm cansağlığı, dövlətçilik fəaliyyətinizdə yeni uğurlar, Azərbaycan Respublikasının inkişafı və beynəlxalq nüfuzunun daha da yüksəldilməsi istiqamətində fəaliyyətinizdə davamlı nailiyyətlər arzulayıram.

Dərin hörmətlə,

Həsənov Ələkbər Gündüz oğlu

Azərbaycan Respublikası, Abşeron rayonu, Saray qəsəbəsi