02 sentyabr 2026, 18:01

Xəyal Məmmədəliyevdən, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin rəhbərliyinizlə ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuz, dövlətimizin milli maraqlarının ardıcıl və qətiyyətlə müdafiə olunması, habelə dost və tərəfdaş ölkələrlə münasibətlərin strateji əsasda inkişaf etdirilməsi dövlətimizin uğurlu xarici siyasətinin mühüm nəticələrindəndir.

Qırğız Respublikasına işgüzar səfəriniz çərçivəsində keçirdiyiniz görüşlər, eləcə də Türkiyə, Qazaxıstan, İran və Ermənistan rəhbərləri ilə aparılan müzakirələr Azərbaycanın regional və beynəlxalq siyasətinin mühüm istiqamətlərini bir daha nümayiş etdirdi.

Türkiyə ilə qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin, Qazaxıstan və Qırğızıstanla strateji tərəfdaşlıq əlaqələrinin, İranla dostluq və qonşuluq münasibətlərinin daha da inkişaf etdirilməsi ölkəmizin regional əməkdaşlığa verdiyi önəmin göstəricisidir. Ermənistanla münasibətlərin normallaşdırılması və regionda davamlı sülhün təmin olunması istiqamətində atılan addımlar isə Cənubi Qafqazın gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.

Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan milli maraqlarını qorumaqla yanaşı, regional sülhün, təhlükəsizliyin, iqtisadi əməkdaşlığın və nəqliyyat bağlantılarının inkişafına da mühüm töhfələr verir.

Azərbaycanın müxtəlif dövlətlərlə qurduğu qarşılıqlı faydalı münasibətlərin gündən-günə genişlənməsini böyük qürur hissi ilə izləyirik. Xüsusilə Azərbaycan-Türkiyə münasibətlərinin “Bir millət, iki dövlət” prinsipi əsasında möhkəmlənməsi xalqımızın milli birliyinin və qardaşlığının ən gözəl nümunələrindən biridir.

Bir Azərbaycan gənci kimi ölkəmizin qazandığı uğurları, beynəlxalq nüfuzunun artmasını və dövlətimizin gələcəyə inamla addımlamasını böyük qürur hissi ilə izləyirəm.

Sizə möhkəm cansağlığı və ölkəmizin inkişafı, təhlükəsizliyi və rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Azərbaycanımız Sizin rəhbərliyinizlə daim güclü, müstəqil və qalib dövlət olaraq daha da böyük zirvələrə yüksəlsin!

Hörmətlə,

Məmmədəliyev Xəyal İlham oğlu

Azərbaycan Respublikası, Qəbələ rayonu, Nic qəsəbəsi.